EN

Fərid Qayıbov Əbdüləziz bin Turki Əl Feysəl Əl Səudla görüşüb

ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

VI İslam Həmrəyliyi Oyunları çərçivəsində noyabrın 6-da Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov ilə Səudiyyə Ərəbistanı Krallığının idman naziri şahzadə Əbdüləziz bin Turki Əl Feysəl Əl Səud arasında görüş keçirilib.

Görüşdə iki ölkə arasında gənclər və idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Mərasimdə zamanı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının İdman Nazirliyi arasında gənclər sahəsində əməkdaşlıq üzrə 2026–2027-ci illər üçün İcra Proqramı imzalanıb.

Sənəd iki ölkə arasında gənclər siyasəti, mübadilə proqramları, könüllülük fəaliyyəti və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdə tutur.

Qabil Yusifoğlu XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
46
3
xalqqazeti.az

4Sources