“Barselona”nın sabiq baş məşqçisi Xerardo Martino MLS-də işləyəcək.
Msport.az xəbər verir ki, 62 yaşlı mütəxəssis “Atlanta Yunayted”lə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, 2027-ci ilin sonuna qədər ABŞ komandasına rəhbərlik edəcək.
Qeyd edək ki, Xerardo 2013/14 mövsümündə “Barselona”nı çalışdırıb.