EN

Hadrutda infrastruktur və yaşayış binalarının tikintisi üçün 3,7 milyon manat xərclənəcək

Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi “Xocavənd rayonunun Hadrut qəsəbəsində infrastruktur binasının tikintisi və çoxmənzilli yaşayış binalarının təmiri işləri”nin satın alınması üzrə müqavilə imzalayıb.

FED.az xəbər verir ki, tenderin qalibi “VIA Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Müqavilənin ümumi məbləği 3 milyon 695 min 545 manat 88 qəpik təşkil edir.

Ehtimal olunan qiymət isə 4 milyon 630 min 888,57 manatdır.

Bildirək ki, “VIA Construction”  6 iyul 2023-cü ildə dövlət qeydiyyatına alınıb. 10 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi İftixar Bəylərov Ramil oğludur. Hüquqi ünvanı AZ1012, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ŞƏRİFZADƏ, ev.130 ünvanıdır.

Chosen
49
fed.az

1Sources