EN

Rəcəb Tayyib Ərdoğandan Prezident İlham Əliyevi təbrik edib

Bakı. Trend:

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib ƏrdoğanPrezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki,məktubda deyilir:

"Cənab Prezident, Əziz Qardaşım.

Vətən müharibəsində Zəfərin beşinci ildönümü münasibətilə xalqımadından və öz adımdan Zati-alinizi və qardaş Azərbaycan xalqınısəmimi-qəlbdən təbrik edirəm.

Bu şanlı Zəfərdən sonra həyata keçirilən sülh prosesiçərçivəsində atılan konstruktiv addımların davamlı bir razılaşmailə nəticələnəcəyinə ümid edirəm. İnanıram ki, Qafqazda sabitliyinhökm sürdüyü sülh mühiti bütün regionun rifahına xidmət edəcək vəQafqazın qlobal siyasətdə strateji əhəmiyyətini daha daartıracaqdır.

Azad edilmiş vətən torpaqlarının sürətli dirçəlişi və yenidənqurulmasında əldə edilən irəliləyiş təqdirəlayiqdir. Bu əlamətdargünün ildönümündə Türkiyə kədərini öz kədəri, sevincini öz sevincihesab etdiyi qardaş Azərbaycanın həm regionda, həm də ondan kənardainamlı addımlarla nail olduğu irəliləyişin şahidi olmaqdan böyükqürur hissi keçirir.

“Bir millət, iki dövlət” prinsipi ilə qurulmuş yüksəksəviyyəlimünasibətlərimiz və öz gücünü ortaq taleyimizdən alan sarsılmazqardaşlıq bağlarımız keçmişdə olduğu kimi, bu gün də möhkəmlənməkdədavam edir.

Güclü təməl üzərində qurulmuş müttəfiqlik münasibətlərimiz vəbütün sahələrdə nümayiş etdirdiyimiz xüsusi əməkdaşlıq regionalsülhün, etimadın və sabitliyin ən vacib sütunlarından birinəçevrilmişdir.

Şübhəsiz ki, Sizin müdrik rəhbərliyinizlə can Azərbaycanın əldəetdiyi nailiyyətlər bundan sonra da regionumuzun çiçəklənməsinəəhəmiyyətli töhfələr verəcəkdir.

Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı, dost vəqardaş Azərbaycan xalqına xoş günlər və rifah arzulayıram".

Chosen
11
27
az.trend.az

10Sources