EN

“Ayaks” Erik ten Haqla danışıq aparır

style='margin-bottom:10px;'>

Erik ten Haq yenidən  “Ayaks”ı çalışdıra bilər.

QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

O,  Con Heytinqanın istefasından sonra Amsterdam klubunun keçmiş baş məşqçisinə təklif göndərdiyini, hələlik Ten Haqın cavabının bəlli olmadığını bildirib.

Qeyd edək ki, Ten Haq məşqçi kimi uğurlu dönəmini məhz "Ayaks"da keçirib. O, 2018-22-ci illərdə “Ayaks”ı çalışdırıb. "Ayaks" bu dövrdə çempionluq tituli və ölkə kubokunu qazanıb. 2018/19 mövsümündə isə Ten Haqın rəhbərliyi altında komanda Çempionlar Liqasında yarımfinala yüksəlib.

“Ayaks” hazırda Erediviziyada 11 oyundan 20 xalla dördüncü yerdədir və lider “Feyenoord”dan səkkiz xal geridədir.

Chosen
37
1
teleqraf.com

2Sources