EN

Xalq artisti səhhəti necədir? - Oğlu danışdı

Xəstəxanaya yerləşdirilən Elmira Rəhimovanın oğlu anasının səhhətindən danışıb.

"Yeni Sabah" axşam-a istinadla xəbər verir ki, o, Xalq artistinin həkim nəzarətində olduğunu bildirib:

"Müalicəsi gedir. Evə buraxılmayıb, həkim nəzarətindədir. Yaxşıdır".

O, anasının səhhətindəki problemi açıqlamaq istəməyib və "Sirr qalsın", - deyə əlavə edib.

E.Rəhimova bir müddət əvvəl xəstəxanaya yerləşdirilib. Onun təzyiq, şəkər və digər problemləri olduğu bildirilib.


Telegram kanalımız
Chosen
17
2
yenisabah.az

7Sources