EN

Sumqayıtda QAZ OLMAYACAQ

Ajans.az xəbər verir ki, bununla bağlı "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib. Qeyd olunub ki, Sumqayıt şəhəri, Corat qəsəbəsinin bir hissəsində yerləşən diametri 57 millimetr olan qaz xəttinin nəqliyyat vasitəsi tərəfindən zədələnməsi nəticəsində qaz sızmasının qarşısının alınması məqsədilə bu gün saat 13:00-dan etibarən 600 abonentin qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı ərazidə təmir-bərpa işləri tamamlandıqdan sonra mərhələli şəkildə bərpa ediləcək.

Chosen
11
5
Ajans.az

10Sources