EN

“Lukoyl” xarici aktivlərini sata bilmədi: ABŞ-dan qadağa

ABŞ Prezidenti Donald Tramp Rusiyanın “Lukoyl” şirkətinin xarici aktivlərini satmasının qarşısını alıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Məlumata görə, ABŞ Maliyə Nazirliyi Ukraynadakı münaqişə davam etdiyi müddətcə “Gunvor” şirkətinə “Lukoyl”ın xarici aktivlərini almağa icazə verməyib.

Qeyd edək ki, ABŞ sanksiyalarına məruz qalan “Lukoyl” xarici aktivlərinin olduğu “LUKOİL İnternational GmbH” şirkətini almaq üçün İsveçrənin “Gunvor” qrupundan təklif aldığını açıqlamışdı.

Axar.az

Chosen
26
hurriyyet.az

1Sources