EN

Hindistan Cənubi Qafqazı diqqətlə izləyir

Bu sözləri Hindistanın İordaniya, Liviya və Maltadakı sabiq səfiri Anil Triqunayat Ermənistanın "Armenpress" dövlət xəbər agentliyinəmüsahibəsindədilə gətirib. İrəvan şəhərinə "Orbeli Forumu 2025: Sülhün və çoxtərəfli əməkdaşlığın inşası" beynəlxalq konfransında iştirak məqsədilə gedən diplomat ümumilikdə Cənubi Qafqazda baş verən nəqliyyat islahatları, o cümlədən"Tramp yolu"(TRIPP) və"Sülh qovşağı"layihələrindən danışıb.

Səfir vurğulayıb ki, regionda fasiləsiz kommunikasiya marşrutları son dərəcə həyati əhəmiyyətə malikdir.

"Cənubi Qafqazda başqa bir mühüm layihə Hindistanın da qoşulduğuBeynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizidir.Bu dəhlizlər keçdikləri bütün ölkələrdən gələn investisiyalarla dinc kommunikasiya imkanları meydana gətirərsə, vəziyyət daha da asanlaşacaq.Bu mənada hamımız sülh naminə çalışmalıyıq",– Anil Triqunayat deyib.

(Hindistanın İordaniya, Liviya və Maltadakı sabiq səfiri Anil Triqunayat)

Səfir cari ilin avqust ayının 8-də Vaşinqton şəhərində ABŞ, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları sənədlərə də münasibət bildirib. Onun fikrincə, həmin sənədlərdə nəzərdə tutulan nəqliyyat məsələlərinin həyata keçirilməsi üçün hələ vaxt lazımdır:

"Çünki Azərbaycan və Ermənistan qarşılıqlı şübhələri, anlaşmazlıqları çözələməli, qaydasına salmalıdırlar. Eyni zamanda, səmimiyyət də vacibdir. Bu baxımdanmedianın rolu böyükdür. Hökumətlər mümkün dezinformasiya kampaniyaları ilə mübarizə aparmalı, ünsiyyət, maarifləndirmə və etimadın artırılması istiqamətində hər cür səy göstərməlidirlər".
BƏƏ "Tramp yolu"na töhfə verməyə maraqlıdır

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə, Bakı ilə İrəvan arasında nəqliyyat dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar. İmzalama mərasimində Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını, bu müqavilənin daha 99 il uzadılacağını, dəhlizin"Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu"adlanacağını bildirib. Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 15-də ABŞ-nin "Fox News" telekanalınamüsahibəsində,eləcə də sonrakıçıxışlarındasöyləyib ki, imzalanmış saziş və bəyannamədə bütün tərəflər üçün, o cümlədən İran və Rusiya üçün nəzərəçarpan real faydalar var. Eyni zamanda, İran Prezidenti Məsud Pezeşkiyanın avqustun 19-da İrəvana səfəri əsnasında da bu məsələ qiymətləndirilib. O, bu layihələrimüsbət qiymətləndirib.
BƏƏ "Tramp yolu"na töhfə verməyə maraqlıdır

Digər tərəfdən, İran hökuməti ölkənin cənub ucqarındakı Çabahar limanından cənub-şərqdəki Zahidan şəhərinə uzanandəmir yolu layihəsininbaşa çatdırılması üçün fəal işə başlayıb. Avqustun 29-da İranın icra işləri üzrə vitse-prezidenti Məhəmmədcəfər Qaimpənah yerli mətbuata açıqlamasında məlumat verib ki, layihə tamamlananda həm ölkənin dəmir yolu şəbəkəsinə, həm də beynəlxalq dəhlizlərə qoşulacaq. Onun sözlərinə görə, xətt vasitəsilə Çabahar limanından ölkənin şimalına, oradan isə Qafqaza, Rusiyaya və Avropaya zəruri mallar daşınacaq. Beləliklə, İranın regional və qlobal ticarətdə rolu güclənəcək.

Firudin Həmidli
AzVision.az
Chosen
42
2
azvision.az

3Sources