EN

​Bakıda qadın hamamda yıxılıb öldü

Bakıda 81 yaşlı qadın hamamda yıxılaraq ölüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, paytaxtın Səbail rayonu ərazisində oktyabrın 30-da 1944-cü il təvəllüdlü Həqiqət Adil qızı Vəliyeva yaşadığı Y.Mürsəlov küçəsi ev 112-nin hamam otağında yıxılıb.

Nəticədə qadın baş nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq H.Vəliyeva noyabrın 5-i ölüb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
7
2
metbuat.az

2Sources