FİFA 2025-ci ilin ən yaxşı baş məşqçisi mükafatına namizədlərin siyahısını açıqlayıb.
Fanat.Az xəbər verir ki, nüfuzlu mükafata 7 məşqçidən biri layiq görüləcək:
Xavyer Aqirre - Meksika millisinin baş məşqçisi
Luis Enrike - PSJ-nin baş məşqçisi
Mikel Arteta - "Arsenal"ın baş məşqçisi
Hans-Diter Flik - "Barselona"nın baş məşqçi
Entso Mareska - "Çelsi"nin baş məşqçisi
Roberto Martines – Portuqaliya millisinin baş məşqçisi
Arne Slot – "Liverpul"un baş məşqçisi
Xatırladaq ki, 2024-cü ildə ən yaxşı baş məşqçi adına əfsanəvi Karlo Ançelotti layiq görülüb.