EN

İrəm Derici və nişanlısına hücum etdilər

Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyəli müğənni İrəm Derici prodüser nişanlısı DJ Melih Kunukcu ilə Hollandiyada hücuma məruz qalıb.

Axşam.az xəbər verir ki, bu barədə müğənni sosial media hesabında yazıb. O, bildirib ki, 3 nəfər onları təhqir edib, söz və əlbəyaxa davaya keçiblər.

İrem başına gələnləri belə izah edib:

"Matça gəldim, amma gedə bilmədim. Otağımda ağladım. Hotelə qayıdarkən arxamızca bir neçə adam gəlirdi. Biz çaşqın vəziyyətdə idik. Beləliklə, özümüzü müdafiə etməyə çalışdıq. Sonra arxamızca polislər düşdü. Bizə “otağınıza gedin, bu gecə çölə çıxmayın” dedilər. Mən də təbii ki, həmin anda "Ali Rıza" bəyin iflic səhnəsindəki kimi idim. Hələ də özümə gələ bilmirəm. Melih daha sonra aşağı düşüb polislərlə söhbət etdi, onlara hadisə ilə bağlı həqiqəti söylədi. Amma o vaxtdan bəri özümə gələ bilmirəm. Oyanıb yatıram. Davada dırnaqlarım qırıldı, əllərim göynəyir. Gün ərzində biletləri yoxlayıb, evə qayıdacağam. Ayın 9-da Ledi Qaqanın konsertinə hazırlaşacağam. Bu il məni motivasiya edən yeganə şeydir. Amma ürəyim çox qırıldı. Deyəsən, yaxşı heç nəyə layiq deyiləm...

3-0 uduzduq. 1,5 kilometr aralıda olan stadiona biletim olsa da, gedə bilmədim... Bəzi şeylər sadəcə olmaq üçün nəzərdə tutulub... Sonra deyirlər ki, İrem söyüş söyür".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
54
axsam.az

1Sources