EN

"TAP İtalia" Aİ-nin ekoloji standartlarına uyğun fəaliyyətini bir daha təsdiqləyib

Bakı. Trend:

“TAP Italia” şirkəti Avropa İttifaqının ekoloji idarəetmə üzrəciddi standartlarına uyğunluğunu təsdiqləyərək Avropa ekolojisertifikatının etibarlılıq müddətini müvəffəqiyyətlə uzadıb.

Bu barədə TrendTAP AG konsorsiumuna istinadən xəbər verir

Sertifikatın uzadılması, TAP Italia şirkətinin 2025–2027-ciilləri əhatə edən yenilənmiş ekoloji bəyannamə hesabatınınİtaliyanın Ətraf Mühitin Mühafizəsi və Tədqiqatlar üzrə Aliİnstitutuna (ISPRA — Istituto Superiore per la Protezione e laRicerca Ambientale) təqdim edilməsindən sonra həyata keçirilib.Yeni sənəd ekoloji səmərəliliyin əsas göstəricilərinin yenilənmişməlumatlarını əhatə edir, şirkətin İtaliyadakı obyektlərində əldəolunan irəliləyişləri əks etdirir və növbəti üçillik dövr üçünməqsədləri müəyyənləşdirir.

“TAP Italia” öz ilk ekoloji sertifikatını 2024-cü il iyulun12-də, 2022-ci ildən təqdim edilən müvafiq hesabatlar əsasında əldəedib. 2025-ci ildə şirkət sertifikatın müddətinin uzadılmasıprosedurundan uğurla keçib və onun etibarlılıq müddəti 2028-ci iliniyun ayınadək uzadılıb.

Qeyd edək ki, bu sertifikatlaşdırma sistemi Avropa İttifaqınıntəşəbbüsü ilə həyata keçirilən könüllü proqramdır və məqsəditəşkilatların ekoloji səmərəliliyini daim artırmaq, həmçininmaraqlı tərəfləri əldə olunmuş nəticələr barədə şəffaf şəkildəməlumatlandırmaqdır.

Sertifikatın uzadılması TAP şirkətinin ekoloji məsuliyyətprinsiplərinə sadiqliyini, normativ tələblərə riayət olunmasını vəlayihənin həyata keçirildiyi bütün ölkələrdə fəaliyyətin şəffafmonitorinqinə davamlı yanaşmasını əks etdirir.

Məqalədə:
Chosen
31
az.trend.az

1Sources