EN

161 nömrəli avtobusda göz gözü görmədi

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Hövsandan Suraxanı istiqamətində hərəkət edən 161 saylı marşrut avtobusunda sərnişinlər çətin anlar yaşayıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Sərnişinin sözlərinə görə, avtobus Dədə Qorqud qəsəbəsi yaxınlığında hərəkət zamanı qəfil xarab olub və salon tüstü ilə dolub.

"Hadisə zamanı avtobusda sərnişinlərlə dolu idi. Sürücü avtobusu saxlayıb sərnişinləri düşürdü. Gələn növbəti avtobusa minməli olduq. O da həm gec, həm də dolu gəldi".

Şikayətçilərin sözlərinə görə, bu vəziyyət təkcə həmin günə aid deyil. Hər axşam, xüsusilə saat 17:30-dan sonra avtobusların gecikməsi müşahidə olunur və insanlar bəzən 25-30 dəqiqə dayanacaqda gözləmək məcburiyyətində qalırlar. Bundan başqa həmin xətt üzrə hərəkət edən avtobuslar köhnə, baxımsız vəziyyətdədir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
45
baku.ws

1Sources