EN

Türkiyədə futbol hakimləri HƏBS OLUNDU

İstanbul Baş Prokurorluğu futbol hakimlərinin matçlara mərc oynaması ilə bağlı işdə şübhəli bilinən 21 nəfərdən 18-i barəsində həbs qərarı çıxarıb.

Musavat.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

İstintaqın məlumatına görə, “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “oyunların nəticəsinə təsir göstərmək”də təqsirləndirilən 17 hakimə order verilib.

Bundan əvvəl Türkiyə Futbol Federasiyası 149 hakimi 8 aydan bir ilədək müddətə hakimlikdən uzaqlaşdırıb.

Federasiya prezidenti İbrahim Hacıosmanoğlu vəziyyəti "mənəvi böhran" adlandırıb və qeyd edib ki, 42 hakim futbol matçlarına mərc edib, onlardan biri 18 min dəfədən çox olub.

Musavat.com

Chosen
16
musavat.com

1Sources