EN

“Ayaks”ı Bakıya Erik ten Haq gətirə bilər

“Mançester Yunayted”in keçmiş baş məşqçisi Erik ten Haq “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Ayaks”a qayıda bilər.

Msport.az xəbər verir ki, Amsterdam klubu keçmiş baş məşqçi Con Heytinqanın işdən çıxarılmasından sonra 55 yaşlı mütəxəssislə müqavilə imzalamaqda maraqlıdır.

“Ayaks” kluba qayıtmaq təklifi ilə Ten Haqa müraciət edib, lakin məşqçi hələlik yekun qərar verməyib. Ten Haq 2018-22-ci illərdə “Ayaks”a rəhbərlik edib.

Heytinqa 2025-ci ilin iyul ayında “Ayaks”a baş məşqçilik etməyə başlayıb, lakin 15 oyundan sonra vəzifəsindən azad edilib. Ten Haq yayda Almaniyanın “Bayer Leverkuzen” klubuna baş məşqçilik etməyə başlayıb, lakin üç oyundan sonra vəzifəsindən azad edilib.

“Ayaks” hazırda Erediviziyada 11 oyundan 20 xalla dördüncü yerdədir və lider “Feyenoord”dan səkkiz xal geridədir.

Chosen
21
2
msport.az

3Sources