"Bakı Metropoliteninin xəttə buraxdığı yeni qatarlar intervalın azalmasına təsir etməyəcək".
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, qatarlar arasında intervalı azaltmaq üçün "yaşıl" və "qırmızı" xətlər ayrılmalıdır:
"Bu prosesə artıq start verilib. Xətlərin ayrılması üçün metronun "İçərişəhər" və "Xətai" stansiyalarından sonra qatarların hərəkəti üçün dönmə kameraları inşa olunmalıdır. Bu kameralar inşa olunduqdan sonra xətlərin ayrılması ilə bağlı ilkin mərhələ baş tutacaq".