EN

Ordumuzun keçdiyi döyüş yolunun zirvəsində möhtəşəm Qarabağ Zəfəri dayanır

ain.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Dünyada baş verən müharibələr, davam edən geosiyasi və geoiqtisadi proseslər göstərir ki, gücsüz oldun müstəqiliyin təhlükə altına düşür. Xüsusilə qeyri sabit bölgə olan Cənubi Qafqazda sabitlik yaratmaq, davamlı təhlükəsizliyi qoruyub saxlamaq üçün peşəkar ordu çox zəruridir.

Bunu xalqcebhesi.az-a siyasi ekspert Əkrəm Bəydımirli deyib.

"Düşünürəm ki, Azərbaycan bu missiyanı çox uğurla yerinə yetirdi. Modern ordu quruculuğu, qardaş Türkiyə ilə bigə hərbi təlimlərin davamlı həyata keçirilməsi, ən yeni silahların alınıb ölkəmizə gətirilməsi, bütün hərbi hissələrdə təchizat sisteminin lazımı şəkildə təmin edilməsi hədəflər sırasında olub. Azərbaycan Ordusunun peşəkarlığı nəticəsində biz millət olaraq öz ərazi bütövlüyümüzü bərpa etdik" - politoloq deyib.

O, qeyd edib ki, Ordumuzun keçdiyi döyüş yolunun zirvəsində möhtəşəm Qarabağ Zəfəri dayanır. Azərbaycanın milli maraqlarına hesablanmış düzgün siyasət, dünyada və regionda gedən proseslərin çox ustalıqla nəzərə alınması və digər məqamlar tarixi qələbəmizi şərtləndirən amillərdir.

Böyük Mustafa Kamal Atatürk deyirdi ki, məcbur olmadıqda müharibə etmək insanlığa qarşı cinayət törətməkdir. Reallıq budur ki, Ermənistan havadarlarının köməyi ilə vaxtılə bu cinayəti törətmişdi. Cinayətkarı cəzalandırmaq isə beynəlxalq hüququn mühüm prinsiplərindən biri olmaqla yanaşı, Azərbaycan xalqının haqlı tələbi idi. Məhz İkinci Qarabağ müharibəsi bu zərurətdən başlamalı idi və başladı. Gerçəkdən Azərbaycan tarixini Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgəri yazdı:

"Bu gün biz necə qürur hissi keçiririksə, şəhidlərimizin ruhu da eləcə şaddır. Artıq onların böyük şücaət göstərdiyi, canlarını fəda etdiyi torpaqlarımız azaddır.

Şəhidlərimizi ehtiramla anırıq. Əziz, qəhrəman qardaşlarımız, Siz qalib gəldiniz! Qazandığınız qələbəni Azərbaycana halal edin! Sizin misilsiz qəhrəmanlığınız hesabına beli bükülmüş ruhumuza rahatlıq gəldi. Azərbaycanın tək torpağı deyil, həm də qüruru özünə qayıtdı. Ona görə, hər zaman deyirik və yazırıq şəhidlər ölməz, Vətən bölünməz!".

Cavid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
43
icma.az

1Sources