EN

"Qalatasaray" Messini icarəyə götürmək istəyir

Türkiyə çempionatının lideri olan "Qalatasaray" "İnter Mayami"nin futbolçusu Lionel Messini icarəyə götürmək niyyətindədir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Fotomac" nəşri məlumat yayıb.
 
Məlumatda bildirilir ki, İstanbul nəhəngi argentinalı futbolçu ilə dörd aylıq icarə müqaviləsi imzalamaq istəyir.
 
Məqsəd, 2026-cı il dünya çempionatına (11 iyunda start götürəcək) qədər Messinin oyun praktikasını qorumaqdır. MLS-də mövsüm ilin sonunda başa çatır və növbəti mərhələ yalnız martda başlayır. Bu fasilə ərzində ulduz futbolçunun Avropada oynaması planlaşdırılır.
 
Qeyd edək ki, 38 yaşlı Messi bu mövsüm “İnter Mayami”nin heyətində 45 oyunda meydana çıxıb, 40 qol vurub və 19 məhsuldar ötürmə edib.
Chosen
18
2
moderator.az

3Sources