EN

Qəhrəman olmaq istəyən məsuliyyətsiz ekspert Jurnalistdən sərt sözlər

Bakupost portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Peşəkar Həmkarlar gərək eşitdiyini birinci vermək üçün tələsməsin, doğrunu 1-ci vermək üçün çalışsın. Üzr istəmək də bir ərdəmlikdir. Amma, kaş ki, Televiziya və Radio günü ərəfəsində yalanla ürək bulandırmasaydınız”.

Bakupost.az xəbər verir ki, bu fikirləri tanınmış teleaparıcı Ramal Hüseynov bildirib.

Onun sözlərinə görə, AZTV ölkənin ana televiziyasıdır, 3 böyük kanalı fasiləsiz yayımdadır, ən güclü texnika və texnologiya, peşəkar işçi heyəti və hətta vertalyotu da çoxdan olmalıdır:

“İnternetin və sosial medianın sürəti qarşısında televiziya təslim olub, yenilməməlidir! İnkişaf etməlidi, müasir vasitələrlə və ən son yeniliklərlə işləməlidir.

Televiziya dəyişməyəndə, Etibar Əliyev kimi təhsil ekspertlərimiz, eşitdiyini yazmağa tələsən jurnalistlərimiz bu səfər oturub AZTV-nin büdcəsini hesablayır ki, niyə AZTV yenilənmir?

Mübarizəni də mərd aparmaq lazımdır! Əgər mübarizə içindəsinizsə...

Mübarizədirsə, nəyin mübarizəsidir?

8 Noyabr Zəfər Bayramıdır Etibar müəllim. Mübarizə, müharibə 5 il əvvəl 44 gün oldu. Çünki, bizə uzun illər davam edən müharibə lazım deyildi. Uzun davam edən Müharibə resursların və gücün tükənməsidir.

Siz də gücünüzü və enerjinizi tükətməyin.

İndi siz qeybət səviyyəsində olan status yazmaq, dedi-qodu edəcək yaşda deyilsiniz. Yox əgər illa da bir mübarizə aparmaq istəyirsinizsə ölkədə sizin kimi nə gəldi danışan "ekspert"lər, nə gəldi yazan "jurnalist"lər var. Gəlin onlarla mübarizə aparaq.

Çünki, ölkə bu gün hər şeydən daha çox Saxta xəbərlərdən, dedi-qodunun mətbuata çıxmasından, Sosial Media qəhrənanı olmaq istəyən məsuliyyətsiz ekspertlərdən əziyyət çəkir”.

Xatırladaq ki, keçmiş deputat, təhsil eksperti Etibar Əliyev Hesablama Palatasının AzTV-də maliyyə pozuntularının aşkarlanması ilə bağlı audit rəyinə münasibət bildirərək telekanalı tənqid edib. O qeyd edib ki, televiziya rəhbərliyi alimləri və ziyalıları “qara dəftərinə” salıb.

Lalə, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
26
www.bakupost.az

1Sources