EN

Orban: “Putin və Tramp görüşü üçün cəmi iki məsələ qalıb”

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Rusiya və ABŞ arasında aparılan danışıqlarda yalnız bir-iki məsələ həll olunmamış qalıb.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, bu məsələlər razılaşdırıldığı halda, Buda­peşt­də Putin–Tramp sammiti bir neçə gün ərzində baş tuta bilər.

“Əgər son detallar həll edilsə, Buda­peşt­də sülh sammiti keçirilə bilər. Bundan sonra tərəflərin razılığından asılı olaraq atəşkəs və sülh prosesinin başlanması mümkün olacaq”,
— deyə Orban Vaşinqtona uçarkən jurnalistlərə bildirib.

Baş nazir bu gün ABŞ prezidenti Donald Tramp ilə görüşəcək. Görüşün gündəliyinə Ukrayna üzrə mümkün sülh razılaşması və tərəflərin qarşılıqlı şərtlərinin müzakirəsi daxildir.

Musavat.com

Chosen
34
50
musavat.com

10Sources