EN

NTD-nin basketbolçusu: "Komandadakı əhval-ruhiyyə çox yüksəkdir"

NTD komandasının mövsümün əvvəlində qeyri-sabit çıxışının səbəbi komandanın tam heyətlə oynaya bilməməsidir.

Apasport.az xəbər verir ki, bunu paytaxt təmsilçisinin basketbolçusu Ey Cey Makki klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, "Gəncə" ilə qarşılaşmadan öncə heyətdə yüksək əhval-ruhiyyə olduğunu bildirib:

"Son bir həftə ərzində komandadakı əhval-ruhiyyə çox yüksəkdir. Hər kəs yaxşı nəticələr qazanmaq üçün nələr etməli olduğumuzu başa düşür və daha çox çalışır. Mövsümün əvvəlində qeyri-sabit çıxışımızın əsas səbəblərindən biri komandanın tam heyətlə oynaya bilməməsi idi. İndi isə tam formadayıq və hər kəs vəziyyəti dəyişmək üçün böyük istəklə çalışır. Hər gün bir faiz irəliləyirik. İkinci dövrədə daha yaxşı olmağa çalışacağıq".

ABŞ-dən olan oyunçu həm çıxış etdiyi Azərbaycan çempionatı həm də ölkə haqqında fikirlərini də bölüşüb:

"Azərbaycan Basketbol Liqasının səviyyəsi çox yüksəkdir, komandalar arasında rəqabət böyükdür. Açığı, belə güclü rəqabət gözləyirdim və bu liqa gözləntilərimi tam doğruldub. Azərbaycanda həyatım çox gözəl keçir. Bakı gördüyüm ən maraqlı və gözəl şəhərlərdən biridir. Yeganə çətinlik dil baryeridir, amma insanlar çox mehriban və qonaqpərvərdir".

NTD amerikalı basketbolçu transfer edib

Avropa Kuboku: “Neftçi”nin oyunçusu oktyabr ayının ən yaxşısı seçilib

"Neftçi" Polşa klubuna qarşı

NTD ABŞ-li oyunçu ilə yollarını ayırıb

Millimiz Türkiyə klubu ilə üz-üzə gələcək

Chosen
24
2
apasport.az

3Sources