EN

Türkiyədə mərc oyunlarına görə 17 hakim və 1 klub prezidenti saxlanılıb - YENİLƏNİB

Türkiyədə futbol hakimlərinə qarşı qanunsuz mərc oyunları üzrə başladılan istintaq çərçivəsində "Kasımpaşa" futbol klubunun keçmiş sahibi Turgay Cinerlə keçmiş prezident Mehmet Fatih Saraç da saxlanılıb.

APA xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

***

10:08

Türkiyədə futbol hakimlərinə qarşı qanunsuz mərc oyunları üzrə başladılan istintaq çərçivəsində 21 nəfər saxlanılıb.

APA NTV-yə istinadən xəbər verir ki, saxlanılanlar arasında 17 hakim, bir klub prezidenti və bir klubun keçmiş sahibi də var.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Peşəkar Futbol İntizam Komitəsi (PFDK) mərc oyunlarında iştiraka görə 152 hakimlə bağlı qərarını açıqlayıb. Bildirilib ki, ali dərəcəli hakimlər - Zorbay Küçük, Melih Kurt və Mertcan Tubay barəsində mərc fəaliyyəti ilə əlaqədar Futbol Federasiyasının intizam qaydalarının 57-ci maddəsinə əsasən araşdırmanın davam etdirilməsinə qərar verilib. Qeyd olunan hakimlər müvafiq olaraq 8, 10 və 12 ay müddətinə futbol yarışlarından uzaqlaşdırılıblar.

Xatırladaq ki, PFDK-ya göndərilən hakimlərdən 7-si ali kateqoriyalı referilərdir. Onların sırasında Egemen Artun, Mehmet Ali Özer, Melih Kurt, Muhammed Selim Özbek, Seyfettin Alper Yılmaz, Yunus Dursun və Zorbay Küçük yer alıb.

Chosen
6
15
apa.az

10Sources