EN

“Azərbaycan və Ermənistan arasında yeni marşrutun mənim şərəfimə adlandırılmasını həqiqətən yüksək qiymətləndirirəm”

TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Ьarşrutu) layihəsi dünyanın iqtisadi cəhətdən əhəmiyyətli regionundan keçən nəqliyyat dəhlizidir. O, Xəzər dənizi boyunca artan ticarət fəallığını stimullaşdırmaq və Mərkəzi Asiya ölkələrinin inkişafına kömək etmək üçün nəzərdə tutulub.

"Yeni Sabah" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp C5+1 görüşü zamanı bildirib.

Onun sözlərinə görə, bu marşrutun həyata keçirilməsi Azərbaycan və Ermənistan arasında tarixi razılaşma sayəsində mümkün olub.

“Bu tarixi saziş həm də yeni “Tramp marşrutu”nun yaradılmasını nəzərdə tutur. Bu, çox gözəldir. Onlar (Azərbaycan və Ermənistan - red.) marşruta mənim adımı veriblər. Mən həqiqətən də bunu yüksək qiymətləndirirəm. Yeni Tramp marşrutu beynəlxalq sülhə aparan yoldur. O, Xəzər dənizi boyunca ticarəti təşviq edəcək və Xəzərin o tayındakı Mərkəzi Asiya xalqlarına kömək edəcək. Əminəm ki, bu gün bu tədbirdə iştirak edən hər bir ölkə sülh imkanlarından istifadə edə biləcək", - deyə ABŞ Prezidenti vurğulayıb.


Telegram kanalımız
Chosen
24
2
yenisabah.az

5Sources