EN

Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır - Kamaləddin Qafaqov

Bakı. Trend:

2020-ci ilin noyabrın 8-də Azərbaycan Ordusu misilsizqəhrəmanlıq göstərərək Şuşanı azad etməklə tarixin gedişatınıdəyişdi. Qarabağın mədəni, mənəvi və strateji mərkəzi olan buşəhərin azad olunması təkcə hərbi əməliyyat deyil, həm də xalqıniradəsini, milli birliyini və əzmini nümayiş etdirən hadisə kimitarixə düşdü.

Bu sözləri Trend-ə sabah qeydediləcək əlamətdar hadisə - 8 Noyabr Şuşa Şəhəri Günü ilə əlaqədaraçıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O bildirib ki, bu qələbə Azərbaycan əsgərinin hünərinin, Ali BaşKomandan, Prezident İlham Əliyevin qətiyyətinin və xalqınbirliyinin nəticəsi idi: “Dünya hərb tarixində analoqu olmayan Şuşaəməliyyatı müasir dövrdə taktiki düşüncənin, milli ruhun vəsarsılmaz inamın təntənəsi kimi dəyərləndirilir. Bu baxımdan taməminliklə demək olar ki, Qarabağ Zəfərinin zirvəsində məhz Şuşaəməliyyatı dayanır. 2021-ci ilin yanvarında dövlət başçısınınŞuşada üçrəngli bayrağımızı qaldırması Azərbaycan dövlətçiliyininvə milli iradənin əsl təntənəsi oldu”.

Millət vəkili vurğulayıb ki, işğaldan azad edilmiş şəhərlərəhəsr olunan günlərin təsis edilməsi Azərbaycan xalqının 44 günlükVətən müharibəsində əldə etdiyi tarixi Qələbənin əbədiləşdirilməsibaxımından mühüm siyasi və mənəvi hadisədir: “Ölkə Prezidentinin 31iyul 2023-cü il tarixli Sərəncamı ilə bu istiqamətdə yenimərhələnin əsası qoyulub. Həmin sənədə əsasən, hər il noyabrın 8-dəölkəmizdə Şuşa Şəhəri Günü kimi qeyd olunması milli qürur və Zəfərtəntənəsinin simvoludur. 28 illik ayrılıqdan sonra Şuşaya qayıdışyalnız torpağın azad olunması deyil, həm də milli-mənəvi dirçəlişinbaşlanğıcıdır. Qədim mədəniyyət beşiyi olan Şuşa bu gün sürətləinkişaf edir, burada genişmiqyaslı infrastruktur layihələri icraolunur, tarixi-mədəni irsin bərpası istiqamətində mühüm addımlaratılır. İşğal illərində dağıdılmış abidələr yenidən bərpa olunur,şəhərin tarixi memarlıq siması qorunaraq müasir həyatla vəhdəttəşkil edir. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsibu qədim şəhərin təkcə ölkəmiz üçün deyil, həm də bütün Türkdünyası üçün mənəvi məkan kimi əhəmiyyətini bir daha təsdiqləyir.Bu gün Şuşa təkcə Azərbaycanın deyil, bütövlükdə regionun dirçəlişrəmzinə çevrilib. Burada həyata keçirilən hər bir layihə həm dövlətsiyasətinin uzaqgörənliyini, həm də xalqın Zəfər ruhunu əksetdirir”.

Məqalədə:
Chosen
48
13
az.trend.az

10Sources