EN

Bakı metrosunda daha 15 yeni vaqon xəttə buraxıldı

"Bakı Metropoliteni" QSC ən yeni texnologiyalar əsasında hazırlanmış sonuncu - IV nəslə mənsub daha 3 qatarı - 15 vaqonu xəttə buraxıb.

Publika.az xəbər verir ki, bunu səhmdar cəmiyyətinin Depolar üzrə İş Departamentinin baş mühəndisi Aydın Bəkirov bildirib.

Onun sözlərinə görə, metrodakı texniki tələblər nəzərə alınmaqla hazırlanmış yeni vaqonların müasir mikroiqlim sistemi (kondisioner) ilə təchiz edilməsi, vaqonlararası birbaşa keçidlə sərnişin tutumunun 15 % artırılması, qapıların daha enli olması, açılıb-bağlanan zaman işıqlı xəbərdarlıq indikatorları ilə təmin olunması sərnişinlər üçün mühüm əhəmiyyət kəsb edən əsas üstünlüklərdir.

"Vaqonlarda ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar, iri yüklər və uşaq arabaları üçün sahələr var. Metrodan istifadənin hər kəsə əlçatan olması nəzərə alınaraq baş vaqonlar əlil arabalarının yerləşdirilməsi üçün xüsusi yerlərlə təmin edilib", - deyə metro rəsmisi qeyd edib.

Onun sözlərinə görə, yeni qatarların baş vaqonları 38, orta vaqonlarının hər biri isə 44 oturacaqlıdır: "Baş vaqonda ümumilikdə sərnişin tutumu 315, orta vaqonlarda 329 nəfərdir. Vaqonlarda təzyiqin tənzimlənməsi və ultrabənövşəyi lampalarla havanın bioloji təmizlənməsi sistemləri, həmçinin sərnişinlərin elektron qurğuları doldurması üçün USB yuvacıqlar mövcuddur".

Chosen
8
23
publika.az

10Sources