EN

ABŞ narkotik daşıyan daha bir gəmini hədəfə alıb, 3 nəfər ölüb

ABŞ Karib hövzəsində narkotik daşınması ilə məşğul olan daha bir gəmini hədəfə alıb.

APA xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset özünün “X” hesabında məlumat yayıb.

“Əvvəllər də dediyim kimi, narko-terroristlərə qarşı hücumlar onların Amerika xalqının zəhərləməyi dayandıracaqları vaxta qədər davam edəcək. Bu gün prezident Trampın göstərişi ilə hədəfə aldığımız gəmi narkotik daşıyırdı və beynəlxalq sualrda vurulub. ABŞ hərbi qüvvələri arasında heç bir tələfat qeydə alınmayıb. Zərbə nəticəsində 3 narko-terrorist öldürülüb. Bütün narko-terroristlərə səslənirəm: əgər bu maddələri daşımağa davam etsəniz, sizi öldürəcəyik. Sağ qalmaq istəyirsinizsə, bu işi dayandırın”, - Pit Heqset xəbərdarlıq edib.

Qeyd edək ki, bundan əvvəl də bir neçə dəfə ABŞ Karib hövzəsində narkotik daşımaqda ittiham etdiyi gəmilərə zərbələr endirib.

Chosen
41
3
apa.az

4Sources