EN

"Neft Daşları"ndan indiyə qədər hasil edilmiş neft və qazın həcmi açıqlanıb

Bu il noyabrın 1-nə qədər Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus "Neft Daşları" yatağından 181,8 milyon ton neft, 14,2 milyard m³ təbii qaz hasil edilib.

Missiya.Az bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, şirkətin neft-qaz hasilatının 70 %-i sahilə buradan ötürülür.

"Neft Daşları" - dənizdə salınan ilk neft şəhəri və açıq dənizdə sənaye üsulu ilə neftçıxarmanın başlandığı məkandır. 7 noyabr 1949-cu ildə burada hasil olunan ilk neft Azərbaycan və dünya enerji tarixində yeni bir mərhələnin əsasını qoydu. Həmin gündən etibarən "Neft Daşları" ölkəmizin neft-qaz sənayesinin inkişafında mühüm rol oynayır.

Ərazi Bakıdan 110 km şərqdə, Pirallahı adasından 50 km cənub-şərqdə yerləşir. 1949-cu ildə burada ilk kəşfiyyat quyusu qazılıb, noyabrın 7-də 100 ton/gün hasilatla neft fontan vurub. Bununla, dünyada açıq dənizdə sənaye üsulu ilə neftçıxarmanın əsası qoyulub

"Neft daşları" polad dirəklər üzərində salınmış ilk neft şəhəridir, "Ginnesin Rekordlar Kitabı"na ilk dəniz neft platforması kimi daxil edilib. Buradakı təcrübə ilə "Günəşli", "Çıraq", "Azəri" yataqları kəşf olunub. Ölkənin neft-qaz yataqlarını birləşdirən strateji kommunikasiya və infrastruktur mərkəzidir", - deyə SOCAR bəyan edib.

Chosen
41
3
missiya.az

5Sources