EN

Qarşıdakı 5–10 il Azərbaycana böyük investisiyalar cəlb etmək üçün unikal imkanlar açır - BCG

Bakı. Trend:

Qarşıdakı 5–10 il Azərbaycan üçün böyük investisiyaların cəlbivə yeni iqtisadi artım baxımından unikal imkan pəncərəsi açır ki,bu da qlobal ticarət və investisiya şəraitində baş verən mühümdəyişikliklər sayəsində mümkün olur.

Trend xəbər verirki, bu barədə “Boston Consulting Group (BCG)” hesabatında qeydolunur.

Hesabata əsasən, artıq 2025–2029-cu illərdə iqtisadi artımhədəflərinə nail olmaq üçün ölkəyə əlavə təxminən 60 milyard dollartələb olunacaq.

“Regional ticarət-iqtisadi inteqrasiyanın dərinləşdirilməsiXəzər–Mərkəzi Asiya regionu ölkələrinin (XMA – Azərbaycan,Özbəkistan, Qazaxıstan və Qırğızıstan) qlobal investisiyalaruğrunda rəqabətdə mövqelərini əhəmiyyətli dərəcədə gücləndirəcək –bu isə həm birgə bazarın miqyasının genişlənməsi, həm də daha açıqvə əlverişli biznes mühitinin formalaşması hesabına mümkünolacaq.

Yeni şəraitdə Azərbaycan üçün investisiya potensialınınreallaşdırılması, eləcə də energetika, logistika və ticarətsahələrində üstünlüklərin səmərəli istifadəsi baxımından əlavəimkanlar açılır”, - BCG analitikləri qeyd edirlər.

“Azərbaycan qlobal investisiya və ticarət meyillərindəkidəyişikliklərdən istifadə edərək investisiyaların həcmi vəxarakterində keyfiyyətli sıçrayış edə bilər. Bu gün ölkənin ənənəviixrac modellərindən kənara çıxaraq yeni sahələrdə – emal,logistika, texnologiyalar və yaşıl iqtisadiyyat kimi istiqamətlərdəstrateji tərəfdaşlıqlar qurmaq imkanı var. Bunun üçün dövlət vəbiznesin əlaqələndirilmiş səyləri tələb olunur. Əsas vəzifə –xammal hasilatına yönəlmiş sövdələşmələrdən ölkə daxilindəuzunmüddətli dəyər yaradan tərəfdaşlıqlara keçməkdir”, – idarəedicidirektor və tərəfdaş, BCG-nin Bakıda ofisinin rəhbəri StanislavYankeleviç bildirib.

Məqalədə:
Chosen
34
1
az.trend.az

2Sources