EN

SOCAR bu Çin şirkəti ilə saziş imzaladı


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Çinin "Sinopec Engineering" şirkəti arasında əməkdaşlığa dair çərçivə sazişi imzalanıb. SOCAR-ın rəsmi açıqlamasında deyilir ki, şirkətin prezidenti Rövşən Nəcəf "Sinopec Engineering"in prezidenti Zhang Xinming ilə görüş keçirib. Görüşdə Azərbaycan ilə Çin arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda uğurla inkişaf etdiyi bildirilib. Bu xüsusda, SOCAR ilə Çin şirkətləri arasında mövcud əməkdaşlıq məmnunluqla qeyd olunub.
Söhbət zamanı neft və qazın emalı sahəsində, neft-kimya, rəqəmsallaşma, enerji keçidi, müasir emal texnologiyalarının tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Mətləb Salahov

Chosen
10
16
baki-xeber.com

10Sources