Bir neçə gündür “İnter Mayami”nin hücumçusu Lionel Messinin MLS müntəzəm çempionatında fasilə dövründə Türkiyənin “Qalatasaray” komandasına transfer olacağı ilə bağlı xəbərlər dolaşır. Bu xəbərlərin ardınca "Qalatasaray" azarkeşləri də sosial şəbəkələrdə öz dəstəklərini bildiriblər.
Oxu.Az xəbər verir ki, klubun azarkeşləri Messinin "Qalatasaray"a mümkün keçidi barədə xəbərlərdən sonra argentinalı ulduzun və onun həyat yoldaşı Antonellanın sosial şəbəkə hesablarını şərhlərlə doldurublar.
Bildirilir ki, 300 min azarkeş 24 saatdan az müddət ərzində Messidən onların komandalarını seçmələrini xahiş edib.
Bundan əvvəl isə Lionel Messinin 2026-cı il dünya çempionatına hazırlaşmaq üçün Səudiyyə Ərəbistanı klublarından birinə keçmək istəyi ilə bağlı xəbər yayılmışdı.