Hərbi Prokurorluqda Vətən müharibəsinin iştirakçısı olan bir qrup hərbi qulluqçunun iştirakı ilə 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, tədbirdə Baş prokurorun müavini – hərbi prokuror Bəhruz Əhmədov Zəfər bayramı münasibətilə Azərbaycan xalqını, o cümlədən hərbi qulluqçuları və hərbi prokurorluğun kollektivini təbrik edib.
O, həmçinin tarixi zəfərin qazanılmasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin və onun ən yaxın silahdaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əvəzsiz rolundan, habelə döyüşlərdə hərbçilərin şücaətindən danışıb.
Vurğulanıb ki, prokurorluq orqanları, o cümlədən hərbi prokurorluq əməkdaşları həmin günlərdə təkcə hüququ və ədaləti qorumaqla kifayətlənməyib, eyni zamanda vətəndaşlıq və insanlıq borcunu layiqincə yerinə yetirib, Vətən sevgisi nümayiş etdirib.
Daha sonra “Şəhidə məktub” adlı film nümayiş etdirilib.









