
“Üç ay əvvəl mənim administrasiyam Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına vasitəçilik edib”.
Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O, bunun ABŞ-nin səkkiz ayda bitirdiyi səkkiz müharibədən biri olduğunu bildirib.
Tranp qeyd edib ki, indi ABŞ Ukraynada müharibəyə son qoymağa çalışır və bu məsələdə irəliləyiş var.
"Biz Rusiya ilə Ukrayna arasında müharibəni sona çatdırmağa çalışırıq. Bu münaqişədə indiyə qədər uğur qazana bilməmişik, amma düşünürəm ki, çox irəliləyiş əldə etmişik", - deyə siyasətçi əlavə edib.
Daşqın HəsənovMissiya.Az