ain.az xəbər verir, Metbuat saytına əsaslanaraq.
Türkiyədə qanunsuz mərc oyunlarında iştirak edən 21 nəfər saxlanılıb.
Metbuat.az-ın xəbərinə görə, bu barədə İstanbul prokurorluğu məlumat yayıb. Prokurorluqdan saxlanılanların 17-nin futbol hakimi olduğu bildirilib.
Barəsində həbs qərarı çıxarılanların arasında "Eyüpspor" klubunun başqanı da var.
Məlumatda qeyd olunur ki, qanunsuz mərc oyunlarında iştirak edən 2 hakim xaricdə olduğu üçün onları həbs etmək mümkün olmayıb.
İstanbul prokurorluğu futboldakı qanunsuzluqlarla bağlı araşdırmarın qətiyyətlə davam etdiriləcəyini açıqlayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.