EN

İlon Mask dünyanın ilk trilyoneri ola bilər  

“Tesla” şirkətinin səhmdarları şirkətin baş direktoru İlon Maskın növbəti onillikdə 878 milyard ABŞ dolları məbləğində əmək haqqı paketini təsdiqləyiblər.

AZƏRTAC-ın məlumatına görə, bu onların Maskın “Tesla”nı sadəcə elektromobil istehsalçısı kimi yox, həm də süni intellekt və robot texnologiyası sahəsində aparıcı şirkətə çevirmək planını qəbul etdiklərini göstərir. Bu hadisədən sonra Mask dünyanın ilk trilyoneri ola bilər.

“Tesla” şirkətinin səhmləri bundan sonra təxminən iki faiz artıb.

“Tesla” şirkətinin idarə heyəti əmək haqqı paketi təsdiqlənməsə, Maskın istefa verə biləcəyini bildirmişdi.

Bir çox investor təxminən 1 trilyon ABŞ dolları dəyərində olan paketin uzunmüddətli perspektivdə səhmdarlara fayda verəcəyini düşünür.

Yeni plana əsasən, Mask 10 il ərzində “Tesla” səhmlərindən 878 milyard dollara qədər qazana bilər. Ona 1 trilyon dollara qədər səhm veriləcək, lakin o, bəzi ödənişləri “Tesla”ya geri qaytarmalı olacaq.

Chosen
24
3
azerbaijan-news.az

4Sources