EN

Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb

Şimali Koreya ABŞ-nin sanksiyalarına etiraz olaraq 16 gün ərzində ilk dəfə olaraq Yapon dənizinə doğru ballistik raket atıb.

"Unikal" xəbər verir ki,  bu barədə Cənubi Koreya hərbi rəsmiləri məlumat yayıb. 

"Şimali Koreya Şərq dənizinə naməlum ballistik raket atıb", - məlumatda qeyd olunub. 

Bildirilir ki, bu, Şimali Koreyanın oktyabrın 22-dən bəri ilk, bu il isə yeddinci ballistik raket buraxılışıdır.  

Chosen
44
1
unikal.az

2Sources