Biləsuvarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Ölkə.az xəbər verir ki, hadisə dünən rayon ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşması üçün inşa edilmiş 8 saylı qəsəbədə qeydə alınıb.
Belə ki, Məkurə Cavanşir qızı Gülənova sobanın üzərinə yıxılaraq müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. O, hadisə yerində vəfat edib.
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.