EN

Azərbaycan Biznesinin İnkişafı Fondunun kapitallaşması qarşıdakı 24 ay ərzində çox yüksək səviyyədə qalacaq - S&P

Bakı. Trend:

Azərbaycan Biznesinin İnkişafı Fondunun (Azerbaijan BusinessDevelopment Fund – ABDF) kapitallaşması növbəti 24 ay ərzində çoxyüksək səviyyədə qalacaq.

Bu barədə Trend“S&P Global Ratings” agentliyinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, 2025-ci il yanvarın 1-dəSahibkarlığın İnkişafı Fondu (Entrepreneurship Development Fund –EDF) və Azərbaycan İnvestisiya Şirkəti (Azerbaijan InvestmentCompany – AIC) birləşərək, İqtisadiyyat Nazirliyinin tabeliyindəfəaliyyət göstərən Azərbaycan Biznesin İnkişafı Fondunu (ABDF)yaradıb. Hazırda hər iki qurumun əməliyyat inteqrasiyası prosesidavam edir.

S&P-nin gözləntilərinə əsasən, inteqrasiya uğurla həyatakeçiriləcək.

“Bizim fikrimizcə, ABDF-nin kapitalı və mənfəətliliyi onunreytinq sabitliyinin əsas amilləri olaraq qalacaq. Fondunkapitallaşma səviyyəsinin yaxın 24 ayda çox yüksək səviyyədəsaxlanılacağı gözlənilir. 2024-cü ilin sonuna olan vəziyyətə görə,EDF-in riskə uyğunlaşdırılmış kapital (RAC) göstəricisi 82 faiztəşkil edib. Bununla yanaşı, AIC daha kiçik ölçülü qurumdur və onunkapitalın aktivlərə nisbəti təxminən 100 faiz səviyyəsində olub”, -agentliyin hesabatında bildirilir.

“S&P” mütəxəssisləri qeyd edirlər ki, AIC-nin əsasfəaliyyəti – yerli şirkətlərdə payların əldə olunması – EDF-inportfeli ilə müqayisədə daha yüksək risk səviyyəsi daşıyır. EDF isəkiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün yerli banklarakreditlər təqdim edirdi.

“Hər iki qurum mərhələli artıma yönəlib. Biz proqnozlaşdırırıqki, ABDF üçün RAC göstəricisi 2027-ci ilin sonuna qədər 50–60 faizsəviyyəsinə qədər azalacaq, lakin bu göstərici 15 faiz həddindənxeyli yüksək qalacaq”,- sənəddə qeyd olunur.

Məqalədə:
Chosen
24
2
az.trend.az

3Sources