EN

Avropa səmasında “naməlum dronlar”

Avropanın bir neçə ölkəsində eyni vaxtda naməlum dronların uçuşu müşahidə edilib.

Redaktor.az xəbər verir ki, bəzi hava limanlarının işi məhdudlaşdırılıb, reyslər gecikib.

Ötən gün axşam saatlarında Belçikanın Melsbrok hərbi aerodromu, Brüssel beynəlxalq hava limanı və Döel atom elektrik stansiyası üzərində tanınmayan dronlar qeydə alınıb. Yerli media yazır ki, təhlükəsizlik məqsədilə Brüssel hava limanının fəaliyyəti 30 dəqiqəlik dayandırılıb.

RTBF telekanalının məlumatına görə, bu müddətdə bir sıra reyslər “havada gözləməyə məcbur qalıb” və ya digər hava limanlarına yönləndirilib.

Oxşar hadisə İsveçdə də yaşanıb. Qöteborq-Landvetter hava limanı yaxınlığında bir və ya bir neçə dronun müşahidə olunmasından sonra bütün uçuşlar təxirə salınıb. İsveçin Mülki Aviasiya Agentliyi (LFV) və hava limanının operatoru hava məkanının tam bağlandığını təsdiqləyib.

Chosen
13
3
redaktor.az

4Sources