Xalq qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında Qırğızıstan həmkarlar ittifaqları nümayəndələri üçün təlimlər təşkil edilib.
Proqramının açılışında AHİK sədrinin müavini Musa Mirzəyev Azərbaycan və Qırğızıstan arasında dostluq münasibətlərindən və iki ölkənin həmkarlar ittifaqları arasında əlaqələrin inkişafından danışıb, təşkil olunan təlimlərin əhəmiyyətini vurğulayıb. Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Muradil Cumadilde azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsinin, təlimlərin aktuallığını və faydalı olduğunu qeyd edib.
İxtisasartırma və Kadrların İnkişafı Mərkəzində başlayan təlimlər “Süni intellektin müxtəlif sahələrdə tətbiqinin mövcud vəziyyətinin təhlili, əmək və sosial sahədə dəyişikliklərdə rolu”, “Sosial dialoq vasitəsilə süni intellekt siyasətinin formalaşdırılması”, “Gələcək perspektivlər - süni intellekt və əmək sferası”, “Təhlükəsiz və sağlam iş mühiti - əmək hüququnun əsas prinsipi. Mövcud problemlər və onların həlli yolları” mövzularını əhatə edib, interaktiv müzakirələr aparılıb, suallar cavablandırılıb.
Qabil ƏLİYEVXQ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.