EN

Qalaq qalaq tullantıların toplandığı 86 illik MƏKTƏB: Zirzəmisindən tavanınadək uçub tökülür

ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zirzəmisindən tavanınadək uçub tökülür. 86 illik məktəbin istinad divarları da dəlik-deşik və çatlarla doludur. Həyətində isə qalaq-qalaq məişət tullantıları toplanıb.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Abşeronun Digah qəsəbəsindəki Səxavət Məmmədov adına orta məktəbdən gedir.

Dərs saatına uyğun vaxtda tədris ocağının həyətindəki mənzərə ilə acınacaqlıdır. Amma ətrafda yaşayanlar deyirlər ki, bu məktəb vaxtilə qəsəbənin ən səliqəli təhsil ocağı olsa da, son illərdə baxımsız vəziyyətdədir.

Elə məktəbin şagirdləri də deyilənləri təsdiqlədilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
3
baku.ws

6Sources