EN

Şimali Koreya növbəti dəfə ballistik raket atıb

BAKI, 7 noyabr. TELEQRAF

Şimali Koreya bu gün səhər ölkənin şərq sahilləri istiqamətində ballistik raket atıb.

Teleqraf xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi məlumat yayıb. Hadisə ilə bağlı əlavə detallar hələlik açıqlanmayıb.

Yaponiya hökuməti də Şimali Koreyanın ballistik raket buraxdığını təsdiqləyib. Raketin Yaponiyanın xüsusi iqtisadi zonasından kənarda dənizə düşdüyü ehtimal olunur.

Yaponiyanın Baş naziri Sanae Takaiçi hadisə nəticəsində hər hansı zərər və ya dağıntının olması barədə təsdiqlənmiş məlumat olmadığını bildirib.

Qeyd edək ki, Şimali Koreya son bir ay ərzində artıq bir neçə dəfə qısa mənzilli raket sınaqları keçirib. Bu, regionda artan hərbi gərginliyin davam etdiyini göstərir.

Chosen
49
teleqraf.com

1Sources