EN

Tokayev Ağ Evdə TRIPP layihəsindən danışdı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşdə ABŞ-ın sülhməramlı təşəbbüslərini və TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) layihəsini dəstəklədiyini bəyan edib.

Publika.az xəbər verir ki, Tokayev layihənin Orta Dəhlizin inkişafına və regional sabitliyə töhfə verəcəyini bildirib. “ABŞ Prezidenti daha təhlükəsiz, sabit və çiçəklənən bir dünyanın təmin edilməsinə həlledici töhfə verir”, – deyə Qazaxıstan lideri vurğulayıb.

Donald Tramp isə öz növbəsində ABŞ-nin Qazaxıstanla çoxşaxəli və genişləndirilmiş strateji tərəfdaşlığı daha da möhkəmləndirmək əzmində olduğunu qeyd edib.

Görüş zamanı tərəflər iki ölkə arasında ümumi dəyəri 17 milyard dollardan artıq olan kommersiya razılaşmalarının imzalanmasını da müzakirə ediblər. Həmçinin qarşılıqlı əməkdaşlığın perspektiv istiqamətləri və regional inteqrasiyanın dərinləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Chosen
46
2
publika.az

3Sources