EN

Filippində “Kalmaegi” tayfunu 188 nəfərin həyatına son qoyub

Bakı. Trend:

Filippində baş verən dağıdıcı “Kalmaegi” tayfunu nəticəsindəölənlərin sayı 188 nəfərə yüksəlib.

Trend xəbər verirki, bu barədə “Reuters” agentliyi Cənubi Asiya ölkəsinin hakimiyyətorqanlarına istinadla məlumat yayıb.

Rəsmi məlumatlara görə, hazırda 135 nəfər itkin düşmüş sayılır,96 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Tayfunun təsiri ilə qonşu Vyetnamda da fırtına və güclü küləklərağacları kökündən qoparıb, evlərə və infrastruktur obyektlərinəciddi zərər vurub. Daklak əyalətində bir evin uçması nəticəsindəbir nəfərin öldüyü bildirilib.

Filippin hökuməti axtarış-xilasetmə əməliyyatları üçün 268mindən çox hərbçini səfərbər edib və alçaq ərazilərdə daşqıntəhlükəsi barədə əhaliyə xəbərdarlıq yayıb.

Xilasedicilərin məlumatına görə, ən təhlükəli bölgələrdəntəxminən 800 min insan təxliyə olunub.

Chosen
105
1
az.trend.az

2Sources