EN

Maduro: ABŞ Venesuelanın siyasi və sosial həyatına təsir edə bilməz

BAKI, 7 noyabr. TELEQRAF

Venesuelanın siyasəti, iqtisadiyyatı və ictimai həyatı ABŞ-dən sılı deyil.

Teleqraf xəbər verir ki, bunu ölkə prezidenti Nikolas Maduro "Venezolana de Televisión" kanalına müsahibəsində səsləndirib.

“Əsl demokratiya Venesuela demokratiyasıdır. Nə iqtisadiyyat, nə siyasi, nə də sosial həyat və ya sülh ABŞ-də deyilən və yazılanlardan asılı ola bilməz”, - Maduro bildirib.

Prezidentin sözlərinə görə, ABŞ-nin üstünlük kompleksi fonunda Venesuela hökuməti ölkədə “sülhü, firavanlığı, demokratiyanı və azadlığı təmin edir”. O əlavə edib ki, Venesuelanın iqtisadi inkişafı və tərəqqisi yalnız xalqın zəkasına və istehsal potensialına əsaslanır.

Chosen
75
teleqraf.com

1Sources