"Yaponiyalı tədqiqatçılar müəyyən ediblər ki, kakao və giləmeyvələrdəki büzücü dad hissi, aktiv maddələr qana daxil olmasa belə, birbaşa beyni stimullaşdıraraq yaddaşın yaxşılaşmasına səbəb ola bilər."
Publika.az xəbər verir ki, bu araşdırma Current Research in Food Science (CRFS) jurnalında dərc olunub.
Flavanollar - kakao, çay, qırmızı şərab və bəzi giləmeyvələrdə olan təbii birləşmələrdir. Əvvəllər onların yaddaş və idrak funksiyalarını gücləndirdiyi düşünülürdü, lakin bu maddələrin çox az hissəsi orqanizmə sorulduğu üçün təsir mexanizmi naməlum qalırdı.
Şibaura Texnologiya İnstitutundan professor Naomi Osakebenin rəhbərlik etdiyi komanda fərqli bir hipotez irəli sürüb: beyin üzərində təsiri məhz ağızdakı büzücü dad hissi, yəni kakao və qara çay içdikdə yaranan “quru” effekt göstərə bilər.
Tədqiqatın həmmüəllifi Yasuyuki Fudzii izah edir: “Biz güman etdik ki, bu dad özü bir stimuldur və siqnalı birbaşa mərkəzi sinir sisteminə ötürür”.