Fransa millisinin ulduzu Kilian Mbappe ilə onun keçmiş klubu PSJ arasında məhkəmə prosesi başlayıb.

Offsideplus.az xəbər verir ki, tərəflər 17 noyabr tarixində Parisdəki əmək məhkəməsində üz-üzə gələcəklər.

Mbappe klubdan 55 milyon avro tələb edir. Onun sözlərinə görə, bu məbləğ müqaviləsinin son mərhələsində PSJ tərəfindən ödənilməmiş maaş və bonuslardan ibarətdir.

Paris klubu hələlik iddiaya rəsmi reaksiya verməyib.