UEFA Avropa Liqasının IV turunda "Fənərbağça" Çexiyada “Viktoriya Plzen” komandasının qonağı olub.
Offsideplus.az xəbər verir ki, "Mesta" stadionunda keçirilən görüş qolsuz — 0:0 hesabı ilə başa çatıb.
44-cü dəqiqədə sarı vərəqə alan İsmayıl Yüksek və 48-ci dəqiqədə eyni aqibəti yaşayan Ceyden Oosterwolde növbəti turda “Ferentsvaroş”la keçiriləcək qarşılaşmada cəzalı vəziyyətə düşüblər.
Bu nəticədən sonra "Fənərbağça" xallarını 7-yə, “Viktoriya Plzen” isə 8-ə çatdırıb.
Avropa Liqasının növbəti həftəsində "Fənərbağça" doğma meydanda “Ferentsvaroş”u qəbul edəcək, “Viktoriya Plzen” isə “Frayburq”u sınağa çəkəcək.