EN

ABŞ Maliyyə Nazirliyi "Gunvor"a lisenziya verməkdən imtina etdi

BAKI, 7 noyabr. TELEQRAF

ABŞ Maliyyə Nazirliyi bəyan edib ki, Ukraynada münaqişə başa çatmayana qədər beynəlxalq neft treydinq şirkəti "Gunvor"a fəaliyyət və mənfəət əldə etməyə imkan verən lisenziya verilməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə nazirlik "X" sosial şəbəkəsində yazıb.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl Ukrayna münaqişəsinin tezliklə başa çatmasının vacibliyini vurğulayıb.

“Bu baş verməyənə qədər Gunvor heç vaxt işləmək və mənfəət əldə etmək üçün lisenziya almayacaq”, = deyə nazirlik bildirib.

ABŞ Maliyyə Nazirliyi həmçinin "Gunvor"un Rusiyanın nəzarətində olduğunu iddia edib.

Chosen
63
teleqraf.com

1Sources