EN

Nyu Yorkdakı yəhudilərə çağırış: Şəhəri tərk edin!

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

İsrail diaspor işləri naziri Amiçai Şikli Nyu-York şəhərində yaşayan yəhudi icmasını İsrailə qayıtmağı düşünməyə çağırıb.

Axar.az Musavat.com-a istiadən xəbər verir ki, Şikli bu təklifi Zöhran Mamdaninin Nyu-York şəhərinin meri seçilməsindən sonra səsləndirilib.

"Bir vaxtlar universal azadlığı simvolizə edən bir şəhər açarlarını HƏMAS tərəfdarına təhvil verib. Mən Nyu-York yəhudilərini İsrail torpaqlarındakı yeni yerlərini düşünməyə çağırıram”, - deyə o bildirib.

Şikli hesab edir ki, Mamdaninin mer seçilməsi Nyu-York şəhəri üçün vacib bir dönüş nöqtəsi idi.

O əlavə edib ki, Nyu-York şəhəri, xüsusən də yəhudi icması üçün heç vaxt əvvəlki kimi olmayacaq.

Qeyd edək ki, noyabrın 5-də Mamdani seçkilərdə qalib gələrək Nyu-York şəhərinin meri olub. Mamdani bu vəzifəni tutan ilk müsəlmandır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
3
axar.az

4Sources